Bakı. Trend:
Fransada fəaliyyət göstərən “Duo Avey” musiqi qrupunun üzvləri — Eldəniz Ələkbərzadə və Ağarəhim Quliyev — Fransanın məşhur “La Marianne” musiqi müsabiqəsində ikinci yerə layiq görülüblər.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, peşəkarlığı, fərdi musiqi yanaşması və səhnə mədəniyyəti ilə münsiflərin və tamaşaçıların böyük rəğbətini qazanıb.
Azərbaycan bəstəkarlarının əsərlərini Fransız auditoriyasına təqdim etmək və ölkəmizin zəngin musiqi irsini beynəlxalq müstəvidə tanıtmaq missiyası ilə seçilən “Duo Avey”in üzvləri həm solo ifaları ilə, həm də müxtəlif musiqiçilərlə birgə əməkdaşlıq layihələri vasitəsilə uğurlu fəaliyyət göstərirlər.
