...

Xaçmazın bu kəndlərində qaz olmayacaq

Cəmiyyət Materials 15 Dekabr 2025 23:25 (UTC +04:00)
Xaçmazın bu kəndlərində qaz olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dekabrın 16-da Xaçmaz rayonunun 27 kəndində qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Qusarçay kəndi istiqamətində istismarda olan D-315 mm-lik ortatəzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Fasilə müddətində Xaçmaz şəhərinin bir hissəsi və 27 kənd – Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımılqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Alekseyevka, Ağaşirinoba, Manafoba, Gəncəli, Krasnı Xutor, Şıxlı kəndləri – ümumilikdə 10 346 abonentin qaz təchizatında fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti