...

İsfahanda fabrikdə baş verən partlayış doqquz nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 15 Dekabr 2025 22:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın İsfahan əyalətində yerləşən fabriklərin birində baş verən partlayış nəticəsində doqquz nəfər həlak olub.

Trend İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar idarəsinin rəhbəri Mənsur Şişaforuş məlumat verib.

Onun sözlərinə görə, yanğın Barhur şəhərində, Dövlətabad Sənaye Parkında fəaliyyət göstərən elektronika istehsalı fabrikində qeydə alınıb.

Şişaforuş bildirib ki, hadisə nəticəsində zavodun doqquz işçisi qazdan zəhərlənərək ölüb və aparılan xilasetmə tədbirləri nəticəsiz qalıb.

Qeyd edək ki, 1 700 hektar ərazini əhatə edən Dövlətabad Sənaye Parkı İsfahanın şimalında yerləşir və İranın ən böyük sənaye parklarından biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti