Bakı. Trend:
Hindistanın paytaxtı Dehlini bürüyən qatı toksik duman, şəhər nəqliyyatında ciddi pozuntulara yol açıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Dehlinin hava çirklənməsi səviyyəsi son həftələr ərzində ən yüksək səviyyəyə çatıb.
Məlumata görə, qatı toz dumanı ilə əlaqədar 40-dan çox aviareys təxirə salınıb. Bundan başqa, onlarla hava reysinin vaxtı uzadılıb, habelə 50-dən çox qatar reysi ertələnib.
Səhiyyə mütəxəssisləri sakinləri bütün açıq hava fəaliyyətlərindən çəkinməyə çağırıblar. Belə ki, xəstəxanalarda tənəffüs çətinlikləri və göz qıcıqlanması şikayətləri ilə müraciət edən xəstələrin sayında kəskin artım olduğu bildirilir.
