...

"Milan" yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb

İdman Materials 15 Dekabr 2025 16:36 (UTC +04:00)

Bakı. Trend:

"Milan"ın yarımmüdafiəçisi Aleksis Salemakerslə yeni müqavilə imzalayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

26 yaşlı futbolçu ilə müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Bildirilib ki, belçikalı oyunçu mövsümdə 3,5 milyon avro maaş alacaq.

Xatırladaq ki, Salemakers 2020-ci ildən bəri Milanda oynayır. Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 18 matç keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti