...

Məktəblər dini maarifləndirmə prosesində mühüm rol oynaya bilər – Gündüz İsmayılov

Cəmiyyət Materials 15 Dekabr 2025 11:04 (UTC +04:00)
Məktəblər dini maarifləndirmə prosesində mühüm rol oynaya bilər – Gündüz İsmayılov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblər dini maarifləndirmə prosesində mühüm rol oynaya bilər.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, cəmiyyətin ehtiyac duyduğu əsas kadrlardan biri savadlı din xadimləridir.

"Dini biliklərin düzgün ötürülməsi, xüsusilə dini radikalizm, xurafat və məzhəbçiliklə mübarizə baxımından mövcud resurslarla yanaşı, yeni və perspektivli mənbələrə ehtiyac var. Bu kontekstdə ilk ağla gələn vasitə təhsil sistemi və məktəblərdir. Milli-mənəvi dəyərlərin gənclər və yeniyetmələr arasında düzgün təbliği ilə yanaşı, dini biliklərin verilməsində də təhsil müəssisələrinin potensialından istifadə olunmalıdır. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və ölkə dünyəvi dövlət kimi təhsildə şəriətlə bağlı məsələlərin yer almasına imkan vermir. Lakin din yalnız şəriətdən ibarət deyil, onun mədəni və mənəvi aspektləri də mövcuddur.

Bu baxımdan məktəblərdə dini-mənəvi dəyərlərin mədəni və mənəvi yönlərinin düzgün çatdırılması, gənclərin dini maarifləndirilməsində təhsilin rolunun artırılması məqsədəuyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti