...

Əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Dekabr 2025 15:10 (UTC +04:00)
Əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 22036 müraciət olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin noyabr ayı üzrə statistik məlumatlarında qeyd edilib.

Bildirilib ki, noyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 7365, Vətəndaşlıq məsələləri ilə bağlı 117, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 1285, Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 793, Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti vasitəsilə 1126, Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı 1001müraciət daxil olub, digər müraciətlərin sayı isə 1387 olub.

Qeyd olunanlardan əlavə, hesabat dövrü ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tərəfindən istifadəçilərə təqdim edilən elektron xidmətlər üzrə 35750 müraciət daxil olub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 10299, miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədən gedişinə və ölkəyə gəlişinə tətbiq edilmiş məhdudiyyətin yoxlanılması ilə bağlı 6126,

Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı məlumatların yoxlanılmasına aid 859, Miqrasiya sahəsi ilə bağlı elektron arayışların verilməsinə dair 553, Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 610, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 203 müraciət daxil olub.

Tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına görə 1841 qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti