...

“The Best FIFA Football Awards 2025” mərasimi dekabrın 16-da Dohada keçiriləcək

İdman Materials 16 Dekabr 2025 00:10 (UTC +04:00)
“The Best FIFA Football Awards 2025” mərasimi dekabrın 16-da Dohada keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin “The Best FIFA Football Awards” mərasimi 16 dekabr çərşənbə axşamı Dohada baş tutacaq.

Trend xəbər verir ki, mükafata on bir futbolçu namizəd göstərilib.

Namizədlər arasında Koul Palmer (Çelsi), Pedri (Barselona), Usman Dembele (PSJ), Vitinya (PSJ), Lamin Yamal (Barselona), Harri Keyn (Bavariya), Nunu Mendeş (PSJ), Əşrəf Hakimi (PSJ), Məhəmməd Salah (Liverpul), Kilian Mbappe (Real Madrid) və Rafinya Rafael Dias Belloli (Barselona) yer alır.

PSJ hücumçusu Usman Dembele daha əvvəl 2025-ci ilin “Qızıl top” mükafatını qazanıb. Ötən mövsüm o, Fransa liqasını, Fransa Kubokunu, Fransa Superkubokunu və Çempionlar Liqasını qazanıb. Bundan əlavə, Dembele parislilərin heyətində Klublararası Dünya Kubokunun finalına yüksəlib.

Xəbər lenti

Xəbər lenti