Bakı. Trend:
"Milli Şura"nın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.
Trend xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.
Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən ay Türkiyədə saxlanılmışdı.