...

Azərbaycan və Anqola arasında viza ilə bağlı saziş təsdiqlənib

Siyasət Materials 15 Dekabr 2025 14:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Anqola arasında viza ilə bağlı saziş təsdiqlənib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti