Bakı. Trend:
Rusiya prezidenti heç kəsi nüvə silahı ilə hədələməyib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ispan nəşrlərindən birinə müsahibəsində bildirib.
"Mən onun nüvə hücumu ilə hədələməsini qeydə almamışam”,- deyə o bildirib.
Qrossinin sözlərinə görə, o, Rusiya prezideti Vladimir Putinin yalnız ekzistensial təhlükə vəziyyətində nüvə silahlarının mövcud olduğunu bildirən bəyanatı görüb.
"Bu, əslində demək olar ki, bütün ölkələrin nüvə silahından istifadə doktrinasıdır" – deyə BAEA baş direktoru əlavə edib.
O, nüvə silahları ilə bağlı beynəlxalq gərginliyin artdığını və "gizli riskin" mövcud olduğunu qeyd edib.
