...

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib

Cəmiyyət Materials 15 Dekabr 2025 14:19 (UTC +04:00)
Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin Milli Məclisə hesabat vermə vaxtı dəyişib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “ Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Konstitusiya Qanununda öz əksini tapıb.

Qanuna əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti hər il Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti