...

Rusiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 15 Dekabr 2025 14:55 (UTC +04:00)
Rusiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasından Azərbaycana birbaşa xarici investisiyaların həcmi 181,208 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 83,316 milyon dollar və ya 1,8 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyadan olan investisiyaların payı 3,8% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Rusiya iqtisadiyyatına 38,923 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,563 milyon dollar və ya 42,3% çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Rusiyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,9% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Rusiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 97,892 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 27,360 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti