Bakı. Trend:
Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa nəhənginin qapıçısı Manuel Noyer sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Noyer ölkə çempionatının 14-cü turunun "Maynts"la matçında zədələnib. Ayaq əzələsində yırtıq aşkarlanan 39 yaşlı qolkiper bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Manuel Noyer bu mövsüm "Bavariya"nın heyətində 25 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.