...

Şabranda qanunsuz ov edən şəxs saxlanılıb

Cəmiyyət Materials 15 Dekabr 2025 21:08 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 1 nəfər saxlanılıb.

Trend xəbər verir ki, həmin şəxsdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Xəbər lenti

Xəbər lenti