Bakı. Trend:
Cari ilin yanvar–oktyabr aylarında Türkmənistandan Azərbaycana 230,9 milyon kubmetr həcmində təbii qaz idxal olunub
Trend bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd olunan müddət ərzində Türmkənistandan idxal olunan qazın həcmi ümumilikdə 35,2 milyon ABŞ dolları dəyərində olub.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 17,9 milyon ABŞ dolları və ya 33,7 faiz, həcm baxımından isə 123,2 milyon kubmetr və ya 34,8 faiz azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan ölkə xaricinə ümumilikdə 20,649 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,418 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 569,3 milyon ABŞ dolları və ya 8,3 faiz artım deməkdir, həcm baxımından isə ixrac 690,003 milyon kubmetr və ya 3,2 faiz azalıb.
Eyni zamanda, cari ilin ilk 10 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,158 milyon kubmetr təbii qaz idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 milyon ABŞ dolları və ya iki dəfə, həcm ifadəsində isə 243,6 milyon kubmetr və ya 49,1 faiz azdır.
