...

Körpə və erkən yaşlı uşaqlar üçün qida formullarına dair sanitariya qaydaları təsdiqlənib

Cəmiyyət Materials 15 Dekabr 2025 16:40 (UTC +04:00)
Körpə və erkən yaşlı uşaqlar üçün qida formullarına dair sanitariya qaydaları təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib.

Trend-in məlumatına görə, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qaydalar körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş maye və yaxud toz halında olan qida formullarına (bundan sonra – qida formulları) dair tələbləri müəyyən edəcək.

Bu Qaydaların tələblərinə cavab verən qida formullarının dövriyyəsinə yol veriləcək.

Qida formulları yalnız fiziki üsullarla emal edilməli, məhsul və ya onun komponenti ionlaşdırıcı şüalanma ilə emal edilməməlidir.

Qida formulları aşağıdakı 2 növə bölünür:

  • Körpələrin ilk 6 (altı) ayında qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 1 nömrəli qida formulu (bundan sonra – 1 nömrəli qida formulu);
  • Altı aylıqdan üç yaşınadək uşaqların qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 2 nömrəli qida formulu (bundan sonra – 2 nömrəli qida formulu).

1 nömrəli və 2 nömrəli qida formulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə biləcək.

Məlumat üçün bildirək ki, qərar 2025-ci il dekabrın 4-də qəbul edilib, dekabrın 12-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, 2026-cı il martın 4-də qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti