Bakı. Trend:
Çexiyada Praqa qəsrində çex milyarder - hazırkı baş nazir Andrey Babişin qurduğu koalisyon hökumətin təntənəli andiçmə mərasimi keçirilib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Babiş oktyabr ayında Çexiyada keçirilmiş parlament seçkilərində qalib gəlmiş mərkəzçi siyasi hərəkat olan ANO-nun (“Narazı Vətəndaşların Aksiyası”) rəhbəri olaraq, kabineti öz namizədlərindən, həmçinin SPD (“Azadlıq və Birbaşa Demokratiya”) və Motorist (“Avtomobilçilər”) siyasi hərəkatlarının nümayəndələrindən formalaşdırıb.
Babişin hökuməti 16 üzvdən ibarətdir. ANO baş nazir postu daxil olmaqla səkkiz nazirlik portfelinə sahibdir; SPD üç portfelə malikdir, onların arasında müdafiə naziri vəzifəsi də var; “Motorist” isə xarici işlər naziri vəzifəsi də daxil olmaqla dörd portfelə sahibdir. Hökumət sədri bildirib ki, kabinet dərhal fəaliyyətə başlayacaq. Bazar ertəsi günü bütün nazirlər öz rəhbərlik etdikləri qurumlarda vəzifələrini tutacaqlar. Bugün eyni zamanda hökumətin ilk iclası keçiriləcək.
