...

Azərbaycandan İrana ixrac olunan elektrik enerjisinin həcmi azalıb

İqtisadiyyat Materials 15 Dekabr 2025 17:30 (UTC +04:00)
Azərbaycandan İrana ixrac olunan elektrik enerjisinin həcmi azalıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İrana 23,9 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.

Trend Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 680 min dollar təşkil edir.

İrana elektrik enerjisinin ixracı ötən dövrün eyni dövrü ilə müqayisədə həcm ifadəsində 6,6 milyon kVt/saat və ya 21,6 faiz, dəyər ifadəsində isə 187,4 min dollar və ya 21,6 faiz azalıb.

Eyni zamanda, 2025-ci ilin ilk 10 ayında İrandan Azərbaycana 619 min ABŞ dolları dəyərində 2,2 milyon kVt/saat elektrik enerjisi satılıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 213,8 min ABŞ dolları və ya 25,7 faiz, həcm ifadəsində isə 7,5 milyon kVt/saat və ya 25,6 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə Azərbaycandan dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə – 64,5 milyon ABŞ dolları dəyərində 1,128 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac olunub.

Hesabat dövründə, həmçinin Rusiya, Gürcüstan və İrandan Azərbaycana 6,6 milyon ABŞ dolları dəyərində 148,8 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti