Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya 90,3 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.
Trend Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 3,9 milyon ABŞ dolları təşkil edir.
Rusiyaya elektrik enerjisinin ixracı ötən dövrün eyni dövrü ilə müqayisədə həcm ifadəsində 56 milyon kVt/saat və ya 38,2 faiz, dəyər ifadəsində isə 3,9 milyon dollar və ya 50,1 faiz azalıb.
Eyni zamanda, 2025-ci ilin ilk 10 ayında Rusiyadan Azərbaycana 3,3 milyon ABŞ dolları dəyərində 77 milyon kVt/saat elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 466 min ABŞ dolları və ya 20,7 faiz artıb, həcm ifadəsində isə 2,5 milyon kVt/saat və ya 3,2 faiz azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə Azərbaycandan dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə – 64,5 milyon ABŞ dolları dəyərində 1,128 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac olunub.
Hesabat dövründə, həmçinin Rusiya, Gürcüstan və İrandan Azərbaycana 6,6 milyon ABŞ dolları dəyərində 148,8 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib.
