Bakı. Trend:
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni il gecəsi Los-Ancelesdə planlaşdırılan terror planının qarşısını aldığını açıqlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı 4 nəfər həbs olunub.
FTB-nin məlumatına görə, onlar Yeni il gecəsi Los-Ancelesdə əldəqayırma partlayıcı qurğulardan istifadə edərək beş ayrı-ayrı yerdə koordinasiyalı bomba hücumları planlaşdırıblar. Açıqlamaya əsasən, ekstremist qrupla əlaqəli olduğu güman edilən beşinci şəxs Yeni Orleanda başqa bir hücum planlaşdırmaqda şübhəli bilinərək həbs olunub.