...

Balakəndə iki avtomobil toqquşub - Ölən və yaralılar var

Hadisə Materials 15 Dekabr 2025 19:03 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti