Bakı. Trend:
Avstraliyanın Sidney şəhərinin çimərliyində 15 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra ölkədə odlu silahla bağlı qanunvericiliyin sərtləşdirilməsinə qərar verilib. Belə ki, ştat və ərazi administrasiyaları odlu silah dövriyyəsini tənzimləyən qanunvericilikdə islahatların aparılması ilə bağlı razılığa gəlib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya baş naziri Entoni Albaneze məlumat verib.
Albaneze bildirib ki, odlu silah dövriyyəsini tənzimləyən qanunlar bütün ölkə üzrə sərtləşdiriləcək, bütün ştat və ərazilərdə tətbiq olunacaq.
Qeyd edilir ki, bunun üçün regional hakimiyyət orqanlarına milli odlu silah reyestrinin yaradılmasını sürətləndirmək, bir şəxsin sahib ola biləcəyi odlu silah sayını məhdudlaşdırmaq, silah sahiblərinə ömürlük lisenziyaların verilməsindən imtina etmək və lisenziyanın əldə olunması üçün Avstraliya vətəndaşlığının mütləq şərt olmasını təmin etmək tapşırılıb.
