Bakı. Trend:
Bu ilin 9 ayında portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 1.3 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 33.7 milyon dollar azalıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bildirilib ki, hesabat dövründə portfel investisiyaları üzrə
aktivlər bankların (500.4 milyon dollar), dövlət (34.1 milyon
dollar) sektorunun və digər (817.3 milyon dollar) sektorların
hesabına artıb, kapitalda iştiraka
təminat verən qiymətli kağızların (17.4 milyon dollar) hesabına
azalıb.
"Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.2 milyon dollar) və digər (5.8 milyon dollar) sektorların hesabına artıb, dövlət (39.7 milyon dollar) sektorunun hesabına isə azalıb", - məlumatda qeyd edilib.
