...

"Yaşıl maliyyə" infrastrukturunun formalaşdırılması suveren "yaşıl istiqraz"ların emissiyası üçün zəmin yaradacaq – Nazir müavini

İqtisadiyyat Materials 15 Dekabr 2025 17:32 (UTC +04:00)
"Yaşıl maliyyə" infrastrukturunun formalaşdırılması suveren "yaşıl istiqraz"ların emissiyası üçün zəmin yaradacaq – Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 15-də Maliyyə Nazirliyində suveren "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivənin hazırlanmasını təmin etmək məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Trend bu barədə nazirliyə istinadən xəbər verir.

Maliyyə Nazirliyi və nazirliyin müvafiq strukturlarının rəhbər və məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun rəhbəri, maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və "yaşıl maliyyələşdirmə alətləri"nin tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. A.Kərimov vurğulayıb ki, ölkəmizdə "yaşıl maliyyə" infrastrukturunun formalaşdırılması gələcəkdə suveren "yaşıl istiqraz"ların emissiyası üçün zəmin yaradacaq.

İclasda "yaşıl istiqraz"ların emissiya çərçivəsi üzrə beynəlxalq təcrübələr diqqət mərkəzində olub və bu təşəbbüsün Azərbaycanda da tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, Asiya İnkişaf Bankının cəlb etdiyi ekspertlər tərəfindən suveren "yaşıl istiqraz"ların emissiyası üzrə görüləcək işlərin mərhələləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib.

İşçi Qrupuna Azərbaycan Respublikasının suveren "yaşıl istiqraz"larının emissiyası üzrə çərçivə sənədinin layihəsinin hazırlanması və "yaşıl istiqraz"lar vasitəsilə maliyyələşdiriləcək ekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti