...

Ötən həftə 683 partlamamış hərbi sursat zərərsizləşdirilib

Cəmiyyət Materials 15 Dekabr 2025 12:46 (UTC +04:00)
Ötən həftə 683 partlamamış hərbi sursat zərərsizləşdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azad olunan ərazilərdə dekabrın 8-dən 14-nə qədər 18 tank əleyhinə mina, 42 piyada əleyhinə mina, 683 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbər verir ki, ANAMA-nın azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 838.2 hektar ərazi minalardan təmizlənib.

Bildirilib ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti