Bakı. Trend:
Bu ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 4.5 milyard dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1.0 milyard dollar), portfel investisiyaları (1.3 milyard dollar) və digər investisiyalar (2.2 milyard dollar) hesabına formalaşıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
"Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 415.9 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-305.2 milyon dollar), neft bonusu (450.2 milyon dollar), portfel investisiyaları (-33.7 milyon dollar) və digər investisiyalar (304.6 milyon dollar) hesabına formalaşıb", - qeyd edilib.
