...

ABŞ şirkəti Azərbaycana “yaşıl enerji” layihələri üzrə yarım milyon manatlıq məsləhət verəcək

Energetika Materials 15 Dekabr 2025 15:34 (UTC +04:00)
ABŞ şirkəti Azərbaycana “yaşıl enerji” layihələri üzrə yarım milyon manatlıq məsləhət verəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyi ABŞ-nin "White & Case LLP" şirkəti ilə yeni müqavilə bağlayıb.

Trend-in məlumatına görə, müqavilədə bərpa olunan enerji layihələrinin reallaşdırılması və bu sahədə daha əvvəl imzalanmış müqavilələrdən irəli gələn məsələlərin hüquqi müşayiətinin aparılması nəzərdə tutulur.

Belə ki, ABŞ-nin “White and Case” LLP şirkəti sözügedən layihədə beynəlxalq məsləhətçi şirkət kimi cəlb edilib.

Nazirlik bunun müqabilində şirkətə 453 min manat ödəyib.

Qeyd edək ki, Energetika Nazirliyi sözügedən ABŞ şirkəti ilə daha əvvəl də eyni xidmətlər üzrə müqavilələr bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti