Bakı. Trend:
2025-ci ilin 9 ayı Azərbaycan iqtisadiyyatı üçün əlverişli olub.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
"Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 3 milyard dollarlıq profisit formalaşıb. Bu da ümumi daxili məhsulun (ÜDM) 5,4 faizini təşkil edir", - o bildirib.
S. Nəzirov əlavə edib ki, ümumilikdə, 2025-ci ilin 9 ayında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,1 milyard ABŞ dolları təşkil edib.
O qeyd edib ki, 2024-cü ilin 9 ayı üzrə tədiyyə balansı 181,6 milyon dollar həcmində profisitli olub.
