Bakı. Trend:
Günəş pulsuz enerji mənbəyi olduğu halda Yer üzündə termonüvə reaktorların yaradılması məntiqsizdir.
Trend xəbər verir ki, bu barədə Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask öz rəmi “X” səhifəsində yazıb.
“Günəş səmada yerləşən nəhəng, pulsuz termonüvə reaktorudur. Yer üzündə xırda termonüvə reaktorları yaratmaq axmaqlığın zirvəsidir”, – deyə Mask bildirib.
O əlavə edib ki, “hətta dörd Yupiteri yandırsanız belə, Günəşin enerjisi yenə də Günəş sistemində indiyədək və gələcəkdə istehsal olunacaq bütün enerjinin demək olar ki, 100 faizini təşkil edəcək. Bu reaktorların yalnız sizin şəxsi elmi layihənizin həyata keçirilməsinə lazım olduğunu etiraf etmirsinizsə, onda bu mənasız xırda reaktorlara pul xərcləməyi dayandırın”, – deyə o qeyd edib.
Mask ilk dəfə deyil ki, Günəş enerjisinin bəşəriyyət üçün əhəmiyyətindən danışır. Belə ki, 2023-cü ildə amerikalı podkast aparıcısı və məşhur idman müxbiri Co Roqanın verlişində qonaq olarkən günəş enerjisinin ABŞ-nin bütün enerji tələbatını tam şəkildə ödəmək potensialına malik olduğunu vurğulamışdı.
