Bakı. Trend:
Bu ilin ilk 9 ayı ərzində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 5,545 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,975 milyon dollar və ya 3,6 dəfə azdır.
Ötən ilin yanvar-sentyabr aylarında Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycana birbaşa xarici investisiyaların həcmi 16,520 milyon dollara bərabər idi.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Beynəlxalq Maliyyə Korporasiyasından olan investisiyaların payı 0,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.
