...

İsveçrə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfə artırıb

İqtisadiyyat Materials 15 Dekabr 2025 15:03 (UTC +04:00)
İsveçrə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfə artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 283,982 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 236,331 milyon dollar və ya 6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrədən olan investisiyaların payı 6% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində İsveçrə iqtisadiyyatına 28,822 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,921 milyon dollar və ya 39,6% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrəyə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,4% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 47,651 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 47,743 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti