...

TƏBİB-in gəlirləri artıb

Cəmiyyət Materials 15 Dekabr 2025 17:45 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-də 11 ayın yekunları və qarşıya qoyulan hədəflər müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, hesabata görə, 2025-ci ilin ilk 10 ayı üzrə ümumi büdcə icrası 67,65% təşkil edib. Belə ki, cari dövr ərzində əməyin ödənişi üzrə xərclər 72.8 faiz, malların (işlərin və xidmətlərin) satınalınması üzrə xərclər 46.58 faiz, sosial ödənişlər üzrə xərclər 35.85 faiz, qeyri-maliyyə aktivləri (kapital xərcləri) üzrə xərclər 19.01 faiz icra olunub.

2024-cü il üzrə 19, 2025-ci ilin ilk 10 ayı ərzində isə TƏBİB-in tabeliyində 8 müəssisə kapital xərcləri nəzərə alınmadan dotasiyadan çıxıb. Mövcud icra nəticələri nəzərə alınmaqla 2026-cı il üçün büdcə real icra potensialına uyğunlaşdırılıb.

Növbəti mərhələ üçün rüblük icra nəzarətinin gücləndirilməsi, satınalma prosedurlarının təkmilləşdirilməsi və 2026-cı il büdcə proqnozlarının bu ilin nəticələri əsasında hazırlanması əsas prioritetlər kimi təqdim olunub.

2024 və 2025-ci illərin ilk 10 ayının müqayisəsi göstərir ki, TƏBİB üzrə ümumi gəlir 2024-cü ilin müvafiq dövründə 1 milyard 123 milyon 800 min 642 manat olduğu halda, 2025-ci ilin ilk 10 ayında 1 milyard 180 milyon 549 min 962 manata yüksəlib və nəticədə 56 milyon 749 min 321 manat və ya 5,05 faiz artım qeydə alınıb.

Hesabat dövründə ilkin tibbi sanitariya yardımı xidməti üzrə gəlirlər 169 milyon 886 min 500 manatdan 170 milyon 542 min 750 manata yüksələrək 656 min 250 manat və ya 0,39 faiz artıb.

Təcili tibbi yardım xidməti üzrə daxilolmalar 2024-cü ilin ilk 10 ayında 202 milyon 250 min manat təşkil etdiyi halda, 2025-ci ilin eyni dövründə 203 milyon 27 min 83 manata çatıb ki, bu da 777 min 83 manat və ya 0,38 faiz artım deməkdir.

Xidmətlər Zərfi üzrə təqdim olunan tibbi xidmətlərin həcmi 2024-cü ilin ilk 10 ayında 735 milyon 550 min 637 manat olduğu halda, 2025-ci ilin müvafiq dövründə 787 milyon 65 min 768 manata yüksəlib və 51 milyon 515 min 131 manat və ya 7 faiz artım qeydə alınıb.

Ödənişli tibbi xidmətlərdən (ƏDV-siz) daxil olan vəsait 2024-cü ilin ilk 10 ayında 16 milyon 113 min 505 manat təşkil etdiyi halda, 2025-ci ilin müvafiq dövründə 19 milyon 914 min 361 manata yüksəlib ki, bu da 3 milyon 800 min 857 manat və ya 23,59 faiz artım deməkdir.

Bu dövrdə stomatoloji tibbi xidmətlərdən (ƏDV-siz) daxilolmalar 352 min 719 manatdan 584 min 395 manata yüksələrək 231 min 676 manat və ya 65,68 faiz artıb, tibbi arayışlardan daxilolmalar 13 milyon 267 min 392 manatdan 14 milyon 270 min 802 manata çataraq 1 milyon 3 min 410 manat və ya 7,56 faiz artım göstərib.

Digər tibbi xidmətlərdən (ƏDV-siz) daxilolmalar isə 2 milyon 493 min 393 manatdan 5 milyon 59 min 164 manata yüksələrək 2 milyon 565 min 771 manat və ya 102,90 faiz artım qeydə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti