...

Şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi qaydasında yenilik

Gündəm Materials 15 Dekabr 2025 15:23 (UTC +04:00)
Şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi qaydasında yenilik
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.

Bu təşəbbüs “ölkənin rəqəmsal hökumət” modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti