...

AzMİU-nun 50 illik yubileyi münasibətilə əməkdaşlara birdəfəlik mükafat verilib

Cəmiyyət Materials 15 Dekabr 2025 13:31 (UTC +04:00)
AzMİU-nun 50 illik yubileyi münasibətilə əməkdaşlara birdəfəlik mükafat verilib

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə universitetin əməkdaşlarına bir aylıq əməkhaqqı həcmində birdəfəlik mükafat ödənilib. Bununla bağlı AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova tərəfindən müvafiq əmr imzalanıb.

Qərarın qəbulunda məqsəd universitet əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması, əməyin stimullaşdırılması və kollektivdə səmərəli iş mühitinin daha da gücləndirilməsidir.

Qeyd edək ki, son illər AzMİU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan insan kapitalının inkişafına yönəlmiş dövlət siyasətinə uyğun şəkildə reallaşdırılır.

AzMİU-nun yubileyi münasibətilə həyata keçirilən bu təşəbbüs universitet kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti