Bakı. Trend:
Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib.
Trend xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
