Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qara dəniz üzərində Türkiyənin hava sahəsini pozan PUA-nın hərəkəti aşkarlanıb.
Nazirliyin açıqlamasında bildirilib ki, sözügedən dronun nəzarətdən çıxdığı müəyyən edilib.
Arzuolunmaz insidentin qarşısını almaq məqsədilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcı təyyarələr tərəfindən vurularaq zərərsizləşdirilib.
