...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2025 17:18 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib (FOTO)

Bakı. Trend:

14-15 dekabr 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib.

Forumun builki mövzusu “UNAOC: Two Decades of Dialogue for Humanity- Advancing a New Era of Mutual Respect and Understanding in a Multipolar World” olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Foruma geniş tərkibdə qatılıb:

• Dr.İsmayıl Seragəldin, Mərkəzin həmsədri, Dünya Bankınn sabiq vitse prezidenti
• Boris Tadiç, Serbiyanın sabiq Prezidenti
• Serjan Kerim, BMT Baş Assambleyasının 62-ci sessiyasının Prezidenti
• Miroslav Layçak, BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti
• Maria Fernanda Espinosa, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti
• Volkan Bozkır, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti
• Kolinda Qrabar-Kitaroviç, Xorvatiyanın sabiq Prezidenti
• Mladen İvaniç, Bosniya və Herseqovinanın sabiq Prezidenti
• Dimitris Avromopoulos, sabiq Avropa Komissarı (Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə)
• Benita Ferrero-Valdner, Avstriyanın sabiq Xarici İşlər Naziri, sabiq Avropa Komissarı
• Əmr Musa, Ərəb Liqasının sabiq Baş Katibi
• Corc Papandreu, Yunanıstanın sabiq Baş Naziri
• Aminata Ture, Seneqalın sabiq Baş Naziri

Forum boyunca Mərkəzin üzvləri müxtəlif sessiyalarda çıxış edərək, birgəyaşayış, dinlərarası və mədəniyyətlərarası dialoq vasitəsilə sülhün təşviqi, terrorizm, şəhərsalmanın inkişafı, rəqəmsal dövrdə dezinformasiyanın yaratdığı çağırışlar, süni intellektin təsiri, eləcə də çoxtərəfli dünyanın tələblərinə cavab verən liderlik modelləri barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Mərkəzin Baş katibi yüksək səviyyəli görüşlər də keçirib. O, “UNCTAD”-ın Baş katibi Rebeka Qrinspan, Türkiyənin sabiq Baş naziri və Mərkəzin üzvü Binali Yıldırım, həmçinin BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos ilə görüşərək 2026-cı ildə keçiriləcək XIII Qlobal Bakı Forumuna hazırlıq haqqında müzakirələr aparıb.

Bununla yanaşı, Mərkəzin nümayəndələri Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud ilə görüşüblər. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2026-cı ildə keçirəcəyi beynəlxalq tədbirlər, qarşıdakı əməkdaşlıq planları və birgə təşəbbüslərin genişləndirilməsi imkanları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti