Bakı. Trend:
Sosial mediada kouçların yaydığı "Kainatdan istəmək" anlayışı da dini xurafatdır.
Trend xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, şagirdin iddiaları ağıl süzgəcindən keçirtməsiniini hədəfləmək lazımdır:
"Prioritet əzbər bilik yox, dini ideyaları kontekst, məna və arqument baxımdan təhlil etməkdir. İnsanlara analitik düşünməyi aşılamaq lazımdır. Bugünkü humanizmi, insanpərvərliyi dini dəyərlərlə birlikdə tətbiq etməyi bacarmaq lazımdır".
