...

Aviadaşımada rekord: Dünyanın ən uzun məsafəli kommersiya reysi baş tutub

Dünya xəbərləri Materials 15 Dekabr 2025 11:54 (UTC +04:00)
Aviadaşımada rekord: Dünyanın ən uzun məsafəli kommersiya reysi baş tutub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “China Eastern Airlines” hava yolları şirkəti dünyanın ən uzun məsafəli kommersiya aviareysini uğurlu şəkildə həyata keçirib. 12400 mil məsafəni əhatə edən hava reysi ümumilikdə 29 saat çəkib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Şanxaydan qalxan “Boeing 777-300ER” təyyarəsi son təyinat nöqtəsi olan Buenos Ayresə (Argentina) çatana qədər yanacaq dolumu və ekipaj üzvlərinin rotasiyası məqsədilə Ouklendddə (Yeni Zelandiyada) eniş edib.

Yeni aviamarşrut üzrə uçuşların il ərzində həftədə iki dəfə olmaqla yerinə yetiriləcəyi və Çinlə Cənubi Amerikanın ən iri şəhərlərini birləşdirəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti