...

Qarşılıqlı xidmətlər dövriyyəsində nəqliyyat xidmətlərinin payı 28,2% təşkil edib

İqtisadiyyat Materials 15 Dekabr 2025 12:33 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 14 milyard dollar təşkil edib. Bunun 7.7 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 6.3 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4.0 milyard dollar olan nəqliyyat xidmətlərinin 66.3%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.6 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 milyard dollar təşkil edib.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrünə nisbətən 22.9% artıb, idxalı isə 7.4% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 50.2% artaraq 1.3 milyard dollar olub.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 9 ayında 0.9 milyard dollar təşkil edib", - məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti