Bakı.Trend:
Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.
Trend xəbər vertir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciətində deyilir.
Bildirilir ki, qulaqlıqdan istifadə zamanı:
• Nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir.
• Yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir.
• Reaksiya vermək üçün zəruri vaxt itirilir.
Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər.
Tövsiyə olunur:
• Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın.
• Ətraf mühitə tam diqqət yetirin.
• Yol hərəkəti qaydalarına ciddi əməl edin.
Unutmayın:
Yolda təhlükəsizlik – hər kəsin məsuliyyətidir!
