...

"İmişli" - "Karvan-Yevlax" matçında qalib müəyyənləşməyib

İdman Materials 15 Dekabr 2025 16:02 (UTC +04:00)

Bakı. Trend:

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “İmişli” - “Karvan-Yevlax” qarşılaşması başa çatıb.

Trend xəbər verir ki, oyunda qalib müəyyənləşməyib və tərəflər hərəyə bir qol vurmaqla 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.

Matçda hesab 29-cu dəqiqədə açılıb. “İmişli” klubunun futbolçusu Dioqo Almeyda dəqiq zərbə ilə komandasını önə çıxarıb – 1:0. Lakin qonaqlar fasiləyə qədər hesabı bərabərləşdiriblər. 39-cu dəqiqədə “Karvan-Yevlax”ın üzvü Vadim Abdullayev fərqlənib – 1:1.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci hissədə tərəflər üstünlük qazansalar da, hesab dəyişməyib və oyun 1:1 nəticəsi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti