Bakı. Trend:
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.4 milyard dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 947.1 milyon dollar, ödənişlər isə 478.8 milyon dollar təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.0%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 6.3%-ni isə digər daxilolmalar təşkil edir:
"Ölkəyə göndərilən pul baratlarının həcmi 0.2% artaraq 849.9 milyon dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 11.5% azalaraq 361.4 milyon dollar olub. Nəticədə pul baratları üzrə 488.5 milyon dollar (11.0% artım) müsbət saldo yaranıb".
