Bakı. Trend:
Bu ilin 9 ayı ərzində tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 1.1 milyard dollar azalıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
"Bütövlükdə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 10.5 milyard dollar artaraq 81.5 milyard dollara çatıb.
Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və
buraxılışlar mənfi 56.6 milyon dollar
həcmində olub", - məlumatda qeyd edilib.
