...

Bu ilin ilk 9 ayında turizm sektoru 320 milyon dollarlıq xalis profisitlə yekunlaşıb

İqtisadiyyat Materials 15 Dekabr 2025 11:17 (UTC +04:00)
Bu ilin ilk 9 ayında turizm sektoru 320 milyon dollarlıq xalis profisitlə yekunlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 9 ayında turizm sektoru 320 milyon dollarlıq xalis profisitlə yekunlaşıb.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.

"Bunun əsas səbəbi ölkəyə gələn xarici turistlərə əlaqədardır. Belə ki, Bu dövrdə ölkəyə 1,948 milyon nəfər turist gəlib", - o bildirib.

S. Nəsirovun sözlərinə görə, bu ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi cüzi (0.5%) azalaraq 2.7 milyard dollar təşkil edib.

O bildirib ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.5 milyard dollar) idxalı (1.2 milyard dollar) üstələməsi nəticəsində 0.3 milyard dollar həcmində profisit yaranıb:

"Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.6%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.8% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.2 milyard dollar olub. Bunun 75.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla)".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti