...

Türkiyə klubunun baş məşqçisi istefa verib

İdman Materials 15 Dekabr 2025 19:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Qaziantep" Burak Yılmazla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssis öz istəyi ilə istefa verib. Rəhbərlik onun istefasını qəbul edib.

Qeyd edək ki, Burak Yılmaz 19 avqust tarixində "Qaziantep"in baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Super Liqada 16 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti