...

Nigeriyada terrorçular kilsəyə hücum etdi: 15 nəfər oğurlandı

Dünya xəbərləri Materials 15 Dekabr 2025 13:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyada bir dəstə terrorçu kilsəyə hücum edərək, azı 15 nəfəri naməlum istiqamətdə oğurlayıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Nigeriyanın mərkəzi hissəsində, Koqi ştatında yerləşən Ayetoro Kiri yaşayış məntəqəsində baş verib. Yerli sakinlər təşvişə düşərək evlərini tərk ediblər. Tutulan girovların dəqiq sayı hələ müəyyən edilməyib.

Hadisə şahidləri qeyd edirlər ki, hücum zamanı bir mülki şəxs öldürülüb.

Qeyd edilir ki, cinayətkarlar, o cümlədən terrorçular pul almaq məqsədilə tez-tez insanları girov götürürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti