Bakı. Trend:
Bu ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi cüzi (0.5%) azalaraq 2.7 milyard dollar təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın
(1.5 milyard dollar) idxalı (1.2 milyard dollar) üstələməsi
nəticəsində 0.3 milyard dollar həcmində profisit yaranıb: "Bu
dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.6%,
Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.8% azalıb. Xarici
ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı
göstərilən xidmətlərin həcmi 1.2 milyard dollar olub. Bunun 75.1%-i
Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik
idxal üçün vəsaitlər istisna olmaqla)".
"Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə
göstərilən tikinti xidmətlərinin həcmi 2.4 milyon dollar təşkil
edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər
işgüzar xidmətlərin həcmi isə 12.1% artaraq 1.6 milyard dollar
olub", - qeyd edilib.
