Bakı. Trend:
Türkiyənin İzmir şəhərində hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatda külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İzmir rayon Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən bir həftə ərzində keçirilən əməliyyatlarda 3 milyon 166 min 874 ədəd narkotik həb, 50 kiloqram 592 qram marixuana, 6 kiloqram 194 qram kokain, 1105 ədəd çətənə kolu, həmçinin 4 tapança, 9 tüfəng, 366 ədəd tapança və tüfəng patronu, eləcə də narkotik maddələrin hazırlanmasında istifadə olunan avadanlıqlar aşkar edilərək götürülüb.
Əməliyyatların gedişində 46 nəfər şübhəli şəxs qismində saxlanılıb.
